Azərbaycanda 24 yaşlı qadını əqrəb sancdı
    • 6-04-2024, 22:15
    • 435

Azərbaycanda 24 yaşlı qadını əqrəb sancdı


Tovuzda 24 yaşlı qadını əqrəb sancıb.

News24.az xəbər verir ki, hadisə rayonun Qəribli kəndində baş verib. Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü A.Hacıyeva əqrəb sancması əlaməti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, 24 yaşlı qadını yaşadığı evdə əqrəb sancıb.//unikal