-
- 29-04-2019, 15:37
- 2 605
Fuad Poladov - doğum günü "Köhnə telefon"dan onun səsi gələcək
Akademik Rus Dram Teatrı mərhum sənətkar, xalq artisti Fuad Poladovun xatirəsinə həsr olunmuş tamaşa hazırlayıb.
Bu haqda News24.az-a aktyor Hikmət Rəhimov sosial şəbəkədə məlumat verib.
Sözügedən layihənin rəhbəri Sənəm Əliyeva, rejissoru isə Əbdül Qənidi.
Müəllifi Pol Villard olan tamaşada aktyorlar –Hikmət Rəhimov, Münəvvər Əliyeva, Fidan Bayramova çıxış edəcək.
Aktyor H.Rəhimov tamaşanın ərsəyə gəlməsində onlara dəstək verən hər kəsə təşükkürünü çatdırıb: “Şəxsən öz adımdan və yaradıcı heyətimiz adından Rus Dram Teatrının rəhbəri Ədalət Hacıyevə, Sənəm və Münəvvər xanıma, Əbdül müəllimə, ƏSA Teatrından Elşən və Nihada, Gümrah Ömər və Amid Qasımova, rəssam Səbuhi Atababayevə, xalq artisti Afaq Bəşirqızına, afişa üçün Pəri xanıma və Cavanşir Hadıyevə təşəkkür edirəm. Bu ağır və şərəfli işdə məni yalnız qoymadılar”.
Aktyor bildirib ki, tamaşa ilk və son dəfə - mayın 24-də - Fuad Poladovun doğum günü Rus Dram Teatrının səhnəsində təqdim olunacaq.