Bayrağımızı orta məktəbdə tərsinə asdılar - FOTO

Bayrağımızı orta məktəbdə tərsinə asdılar - FOTO Sosial
Astara rayonu Səməd Vurğun adına Təngərüd orta məktəbində Azərbaycan Respublikasının bayrağı tərsinə asılıb.

Oxucuların News24.az-a verdiyi məlumata görə, məktəbdə bir müddət əvvəl ədəbiyyat bilicilərinin seçim turu keçirilib.

Astara rayonu Təhsil Şöbəsinin əməkdaşlarının da iştirak etdiyi seçim turu zamanı imtahan keçirilən otaqda dövlət bayrağı tərsinə asılıb.