Cennifer Lopezi  bu geyiminə görə ələ saldılar - FOTO
    • 8-04-2024, 12:13
    • 256

Cennifer Lopezi bu geyiminə görə ələ saldılar - FOTO

Tanınmış aktrisa və müğənni Cennifer Lopez aprelin 7-də maraqlı geyimi ilə  ictimaiyyət qarşısına çıxıb. 

News24.az  xəbər verir ki, məşhurun fotoları Daily Mail saytında dərc olunub.

Belə ki, 54 yaşlı Cennifer Lopez  Nyu Yorkda görüntülənib. Aktrisa təsadüfi görünüşdə fotosessiyaya çəkilib. Məşhur uzun palto və geniş "çirkli" cins şalvar geyinərək diqqəti cəlb edib. Müğənni paltarını mavi daban ayaqqabı,  Chanel çantası, halqa sırğalar və gün eynəyi ilə tamamlayıb. O, saçlarını zərif topuz halına salıb və tünd qırmızı dodaq boyası çəkib. 

Müğənnin bu görünşü sosial şəbəkələrdə heç də yaxşı qiymətləndiriləməyib.

“Bu çirkli cinslər heç dəbdə deyil”, “Çox bahalı aksesuarlarla birləşən iri çirkli cinslər heç bir halda gözəl görünmür”, “Gülməli geyim”, “Bu cinslər sadəcə gülməlidir”, kimi şərhlər yazıblar.

Mehriban Mirzəzadə