-
- 8-04-2024, 13:30
- 262
Rusiyada 10 mindən çox evi su basdı
Rusiya Fövqəladə Hallar Nazirliyi Sibir, Volqa və ölkənin mərkəzi rayonlarında daşqınlar baş verdiyini açıqlayıb.
News24.az xəbər verir ki, başlanğıcını Ural dağlarından götürərək Xəzər dənizinə axan Ural çayının səviyyəsi cümə günü cəmi bir neçə saat ərzində bir neçə metr qalxaraq Orsk şəhərinin bəndini keçib.
Qeyd edək ki, daşqın nəticəsində Rusiyanın 39 regionunda 10 400-dən çox evin su altında qaldığı bildirilib.
Günel Məlikzadə