-
- 31-10-2023, 15:27
- 383
Rusiyada dəhşətli PARTLAYIŞ
Rusiyanın Perm vilayətinin Solikamsk şəhərində yerləşən Ural hərbi sənaye zavodunda partlayış olub.
News24.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.
“Solikamsk Ural Zavodu” ASC-nin 2 saylı binasında baş verən partlayış zamanı binada heç kim olmayıb.
“Ural zavodunda partlayışla bağlı xəbər saat 13:25-də (Bakı vaxtı ilə 12:25) daxil olub. Hadisə yerinə 44 nəfər və 11 texnika göndərilib, onlardan 36 nəfər və 10 texnika Rusiya Fövqəladə Hallar Nazirliyindəndir. Fövqəladə Hallar Nazirliyi də yanğının olmadığını, “texnoloji proses” getdiyini izah edib. Yanğın müəssisənin fəaliyyətinə təsir göstərməyib. Müəssisə normal rejimdə işləyir”, - deyə qurumdan bildiriblər.
Məlumatı şirkətdən təsdiqləyiblər: “Solikamsk Ural zavodunun binalarından birində faktiki olaraq yanğın baş verib. Fövqəladə hadisə zamanı binada heç kim olmayıb, tələfat yoxdur. Zavod normal fəaliyyətini davam etdirir. Hadisənin baş vermə şəraiti araşdırılır”.
Qeyd edək ki, zavod Rusiyanın ən böyük hərbi-sənaye müəssisələrindən biri hesab olunur. Burada partlayıcı maddələr və sursat istehsal olunur.
Akqabay