Elnur Xəlilov bıçaqlandı
    • 8-04-2024, 14:11
    • 224

Elnur Xəlilov bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən “İl” marketin qarşısında Elnur Hüseyn oğlu Xəlilov naməlum şəxs tərəfindən bıçaqla xəsarət yetirilib.

O, Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilır. // lent.az