-
- 19-02-2020, 14:38
- 1 360
Bakıda çay evində qan töküldü, 24 yaşlı oğlan ÜRƏYİNDƏN BIÇAQLANDI
Bakıda çay evində bıçaqlanma hadisəsi baş verib.
hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. İsmayıllı rayon sakini, hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 9-da yaşayan, 1996-cı il təvəllüdlü Mövlamov Rəşad Talıb oğlu Biləcəri qəsəbəsində yerləşən "Çardaq" çay evində tanımadığı şəxslə mübahisə edib.
Həmin şəxs R.Mövlamovu sol döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı təcili 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür. /Trend/