Fatimə əzazil qayınanasından DANIŞDI
    • 8-04-2024, 16:39
    • 299

Fatimə əzazil qayınanasından DANIŞDI

“Ailə quranda valideynin sözünə qulaq asın. Onların xeyir-duasını alın. Qayınanam yaxşı olsaydı, birinci ailəm dağılmazdı...”

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib.

Qayınanasından danışan sənətçi onun "əzazil" adlandırıb:

“Qoy danışım, qulaqlarına çatsın. İndi də eşidirəm ki, gəlinlərinə zülm verir. Evi ayrıdır. İki oğlunun da evinin açarı özündədir. Nə vaxt istəsə, girir-çıxır. Mənim yerimdə olan gəlin var. Ondan gizlədirlər məni. Guya heç olmamışam. O boyda qızı var, babadır. Amma danır”.