Ceki Çanın son halı sevənlərini qorxutdu: Həmin foto
    • 9-04-2024, 10:50
    • 142

Ceki Çanın son halı sevənlərini qorxutdu: Həmin foto

Filmlərində akrobatik döyüş tərzi ilə əfsanəyə çevrilən Ceki Çan 100-dən çox filmi aktyorluq karyerasına sığdırıb.

News24.az xəbər verir ki, “Dünyanın ən çox qazanan aktyorlarından” biri olan Çanın tədbir zamanı çəkilmiş fotosu sosial şəbəkələrdə yayılıb.

Çanın qar kimi ağ saçlarının bəzi fotoları sosial mediada sürətlə yayılıb. Ceki Çan pərəstişkarlarını narahat edən bu fotolarla bağlı açıqlama verib.

Aprelin 7-də 70 yaşı tamam olan aktyor "Bu yaxınlarda dostlarım internetdə bəzi şəkillərimi görüb səhhətimdən narahat oldular. Narahat olmayın! Yeni filmim üçün belə görünməli oldum. Saçlarım və saqqal ağarmalı  və mən yaşlı görünməli idim”.

62 ildir bu sektorda olduğu üçün çox şanslı olduğunu bildirən Çan, "Hələ də filmlərdə rol ala bildiyim üçün özümü çox şanslı hiss edirəm" dedi.

Aktyor Splinteri sonuncu dəfə "Teenage Mutant Ninja Turtles: Mutant Mayhem" filmində səsləndirib.

Aktyorun yeni layihəsinin nə olduğu məlum deyil.

Günel Məlikzadə