Lənkəranda FACİƏ: Rusiyadan övladlarına toy etməyə gələn ata-ananın meyitləri tapıldı
    • 9-04-2024, 10:57
    • 140

Lənkəranda FACİƏ: Rusiyadan övladlarına toy etməyə gələn ata-ananın meyitləri tapıldı

Lənkəranda Rusiya vətəndaşlarının meyiti tapılıb.

News24.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 50 yaşlı Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 55 yaşlı Nəfisə Sahib qızı Bağırovanın meyitləri qaldıqları evdə tapılıb.

Onların 3 gün bundan əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldiyi bildirilir. Bu səhər yaxınları hazırlıq işləri görmək üçün onlara gedib və meyitlərini aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.