-
- 30-04-2019, 11:09
- 2 279
ADNA rektoru faciə qurbanı olan tələbələrdən danışdı: “O dəhşətli gün bir qız belə güllə yarası almadı”- FOTO
Bu gün ADNA faciəsinin 10 ili tamamlanır.
Bu münasibətlə ali məktəbdə anım törəni düzənlənib. Öncə 30 aprel qurbanlarının xatirəsinə ucaldılmış barelyefin qarşısına əklillər qoyulub.
News24.az xəbər verir ki, tədbirdə ADNA terroru qurbanlarını xatirəsinə həsr olunmuş 30 dəqiqəlik film nümayiş olunub.
Anım tədbirində ADNA-nın rektoru Mustafa Babanlı çıxış edib. Bildirib ki, terror qurbanlarının xatirəsi üçün hər il belə bir film çəkiləcək: “Onların xatırəsi əbədi olaraq qalacaq. Görün, bu gənclər necə qəhrəmanlıq ediblər ki, bir qız tələbə belə güllə yarası almayıb. Bizim təsəllimiz unibersitetimizin öndə oıması, ölkəmizin dünya ölkələri sırasında olmasıdır”.
Daha sonra faciəli olay zamanı övladlarını itirən valideynlər və yaralananlar yaşadıqları dəhşətli anlarla bağlı fikirlərini paylaşıblar.
Afaq Mirayiq