Türkiyə Rusiyadan aldığı S-400-ləri sərhədə yerləşdirəcək
    • 10-04-2024, 10:28
    • 158

Türkiyə Rusiyadan aldığı S-400-ləri sərhədə yerləşdirəcək

Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini qonşu İraqla sərhəd xəttinə yerləşdirə bilər. 

News24.az  xəbər verir ki, bu barədə  Türkiyə qəzeti məlumat yayıb.

Məlumata görə, S-400-lərin sərhəd bölgələrində yerləşdirilməsi prosesi müsəlmanların Qurban bayramı bitdikdən sonra və ya gələn həftə sürətləndirilə bilər.

Qəzet həmçinin yazır ki, Türkiyə İraqın şimalını Kürdüstan Fəhlə Partiyasından (PKK, Türkiyədə qadağandır) təmizləmək, hərbi hissələrin və arxa hissələrin təhvil verilməsi məqsədilə İraqın şimalında sərhədyanı əməliyyat planlarını hazırlayıb. 

Bildirilir ki, əməliyyat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfərindən sonra həyata keçirilə bilər. 

Mehriban Mirzəzadə