Türkiyə İraqda genişmiqyaslı əməliyyat keçirəcək
    • 7-03-2024, 12:00
    • 144

Türkiyə İraqda genişmiqyaslı əməliyyat keçirəcək

Türkiyə İraqın şimalında genişmiqyaslı quru hərbi əməliyyat keçirməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, “Claw-Qala” əməliyyatının aparıldığı bölgədə genişmiqyaslı quru əməliyyatı həyata keçiriləcək. 

“Əməliyyatdan əvvəl İraqın mərkəzi administrasiyası və Bərzani ailəsinin nəzarətində olan Ərbil administrasiyası ilə razılıq əldə edilib”, - məlumatda bildirilib.

Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri İraqla sərhədi ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) terrorçularından tamamilə bağlamağı planlaşdırır. Selvi əlavə edir ki, sərhəd uzunluğu təxminən 378 kilometrdir.

Mehriban Mirzəzadə