Qarabağda çəkilişlər edən türk yutuberin kanalı oğurlandı
    • 10-04-2024, 13:10
    • 296

Qarabağda çəkilişlər edən türk yutuberin kanalı oğurlandı


Məşhur türkiyəli yutuber Ruhi Çenetin 9 milyona yaxın abunəçisi olan kanalı oğurlanıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, kanalın adı “Ripple” ilə dəyişdirilib.

Qeyd edək ki, R.Çenet, əsasən, səyahət məzmunlu videolarla məşhurluq qazanıb.

Xatırladaq ki, yutuber Azərbaycanla bağlı da müxtəlif videoçarxlar hazırlayıb. O, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunan ərazilərimizdə olub, Azərbaycan əsgərləri ilə söhbət edib, onların vəziyyəti ilə maraqlanıb.

Daha sonra Gəncədə olan bloqer erməni terrorundan zərər görən insanlarla görüşüb. Onların fikirlərini öyrənən R.Çenet bununla da bir çox faktı dünya ictimaiyyətinin diqqətinə çatdırıb.