Kadi "Qarabağ"a geri dönür? - Rəsmi açıqlama verildi
    • 10-04-2024, 14:07
    • 207

Kadi "Qarabağ"a geri dönür? - Rəsmi açıqlama verildi

"Krasnodar"ın futbolçusu Kadi Borgesin "Qarabağ”a qayıdacağı ilə bağlı xəbərlər yayılıb.

News24.az Offsideplus.az-a istinadən xəbər verir ki, braziliyalının agenti Helsio Roberto Alisk məsələ haqda Rusiya mətbuatına danışıb.

O, Kadinin Rusiya klubundan ayrılmaq haqda düşünmədiyini bildirib:

"Kadinin "Qarabağ”a qayıdacağı ilə bağlı yayılan xəbərlər haqda deyəcək heç bir sözüm yoxdur. Kadi "Krasnodar”dakı vəziyyətindən razıdır".

Xatırladaq ki, Borgesin "Krasnodar”la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir. Qeyd edək ki, Kadi 2021-2022-ci illərdə "Qarabağ”da oynayıb.