Kadi "Qarabağ"a qayıdır? - Qurbanovdan AÇIQLAMA
    • 28-08-2023, 10:50
    • 579

Kadi "Qarabağ"a qayıdır? - Qurbanovdan AÇIQLAMA

Qışda "Qarabağ"dan ayrılaraq "Krasnodar"la 3 illik müqavilə bağlayan Kadi Borges Malinovskinin Azərbaycana qayıtması ilə bağlı xəbərlər yayılıb. 

News24.az Offsideplus.az-a istinadla  xəbər verir ki, Ağdam təmsilçisinin 27 yaşlı vingeri Rusiya klubundan 1 illik icarəyə götürməyə hazırlaşdığı bildirilir. 

Dünən "Kəpəz"lə oyundan (1:1) sonra baş tutan mətbuat konfransında Qurban Qurbanov bu məsələyə münasibət bildirib. Mütəxəssis Kadi ilə danışıqlar aparmadıqlarını açıqlayıb.

Kadi 2021-ci ilin iyunundan 2023-cü ilin yanvarına qədər Azərbaycan çempionunun heyətində 41 oyun keçirib, 16 qol vurub.