-
- 30-04-2019, 12:18
- 982
"Belə hadisələrin təkrar baş verməməsi üçün..."- təhsil naziri
Təhsil naziri Ceyhun Bayramov ADNA faciəsinin 10 ili münasibətiylə keçirilən anım tədbirində iştirak edib.
News 24.az xəbər verir ki, nazir faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
O, faciədə dünyasını dəyişənlərin barelyefi qarşısına əklil qoyub. Daha sonra olay qurbanlarının yaxınları ilə görüşüb, onları dinləyib və dərdinə şərik olub.
Ardınca nazir jurnalistlərə açıqlama verib. Bildirib ki, bu cür əsrə qanlı yaddaşı kimi həkk olmuş dəhşətli terror hadisələrinin təkrar baş verməməsi üçün beynəlxalq səviyyədə mübarizə aparılmalıdır: "Azərbaycan Neft akademiyasında 2009-cu ildə baş vermiş terror hadisəsindən 10 il keçir. Bu tədbir ADNA rəhbərliyi tərəfindən təşkil olunub, biz də özümüzə borc bildik ki, burada iştirak edək. 7 nəfər tələbə olmaqla 12 nəfər qətlə yetirilib. 13 nəfər isə yaralanıb. Bu Azərbaycanda misli görülməmiş, dəhşətli bir terror aktı idi. Burada yaradılmış guşədə terror aktının qurbalarını bir daha yad etdik. 21-ci əsrin bəlası olan terrorizmnin nə qədər böyük və dəhşətli fəsadlar verməsinin xatırlatmaq mühümdür. Bu kimi hadisələrin bir də baş verməməsi üçün belə tədbirləri keçirməliyik. Biz gəncləri beynəlxalq terror şəbəkələrinin təsirləri altından uzaq saxlamalıyıq. Onları düzgün məlumatlandırmalıyıq. Azərbaycan cəmiyyətinin ölkə rəhbərliyinin bu sahədə apardığı siyasəti dəstəkləməsi, ölkə başçısının ətrafında sıx birləşməsi, bu kimi terror aktının birmənalı olaraq lənətlənməsi, rədd cavabının verilməsi ölkəmizdə bərqərar olmuş siyasi stabilliyə şərait yaradıb. Heç bir dövlət təkbaşına bu cür terrorun öhdəsindən gələ bilməz. Bu istiqamətdə də Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə hər zaman ön sıralarda olub. Mən əminəm ki, bundan sonra da belə olacaq. Bu kimi bəlalardan uzaq olmaq üçün beynəlxalq səviyyədə birgə səylərin göstərilməsi olduqca vacibdir. Hesab edirik ki, nə qədər ağrılı olsa belə bu tarixləri yad etmək, toplaşmaq, gənclərlə birgə olmaq çox önəmlidir.
Afaq Mirayiq