9 milyonluq "YouTube" kanalı oğurlandı
    • 11-04-2024, 09:18
    • 234

9 milyonluq "YouTube" kanalı oğurlandı

9 milyona yaxın abunəçisi olan Ruhi Çenetin YouTube kanalı oğurlanıb. 

News24.az xəbər verir ki, kanalın adı Ripple olaraq dəyişdirildi. 

Ruhi Çenet sosial media hesabında verdiyi açıqlamada yayımlanan videolara qarşı izləyicilərinə xəbərdarlıq edib.

Xatırladaq ki, Ruhi Çenet 2012-ci ildə "Ruhi Çenet Videoları" adı ilə açdığı kanal vasitəsilə YouTube platforması üçün video məzmun hazırlamağa başlayıb. O, qısa zamanda Türkiyənin ən tanınmış YouTuberlərindən birinə çevrildi. Məlumatlandırıcı, maarifləndirici, öyrədici və sənədli videolar çəkir. 

Günel Məlikzadə