Bu gecə Binəqədi yolu bağlanacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
    • 30-04-2019, 13:00
    • 824

Bu gecə Binəqədi yolu bağlanacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

News24.az
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məhdudlaşmanın mayın 1-i axşamadək davam edəcəyi bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.