Yaprak Dökümü-nün aktyoru beşinci dəfə ata olur - FOTO
    • 11-04-2024, 15:50
    • 338

Yaprak Dökümü-nün aktyoru beşinci dəfə ata olur - FOTO

2005-2010-cu illər arasında yayımlanan "Yaprak Dökümü" serialında canlandırdığı "Oğuz" obrazı ilə məşhurlaşan Tolqa Karel 2016-cı ildə aktyorluğu atmaq üçün sürpriz qərar verib və ABŞ-da məskunlaşıb.

News24.az xəbər verir ki, ABŞ-da yük maşını sürücüsü işləyən və hazırda logistika şirkəti idarə edən Karel şəxsi həyatı ilə gündəm olub.

2016-cı ildən Sarah Scott ilə xoşbəxt evli olan Karel yenidən ata olacağını açıqlayıb.

Həyat yoldaşı və uşaqları ilə kamera qarşısına keçən Karel paylaşımında "2024-cü ilin sentyabrını qarşılamaq üçün həyəcanlıyam" yazıb.

Tolqa Karelin paylaşdığı bu kadrla körpənin cinsinin qız olduğu üzə çıxıb.

Qeyd edək ki, Skottdan Kənan, Tufan və Mia adlı üç övladı olan Karelin Günay Musayeva ilə evliliyindən Cihangir adlı oğlu da var.

Günel Məlikzadə