Günay Musayevanın keçmiş həyat yoldaşı "TIR" sürücüsü oldu - FOTOLAR
    • 4-12-2018, 16:55
    • 1 207

Günay Musayevanın keçmiş həyat yoldaşı "TIR" sürücüsü oldu - FOTOLAR

Azərbaycanlı model Günay Musayevanın keçmiş həyat yoldaşı, türkiyəli tanınmış aktyor Tolqa Karel 2 ay öncə ABŞ-a köçüb. 

News24.az xəbər verir ki, aktyor Amerikada "TIR" sürücüsü olmağa qərar verib. 

Buna səbəb isə tibbi turizmlə məşğul olan T.Karelin işlərinin yolunda getməməsi olub. O, həm də ev olaraq istifadə etdiyi iş yerini də bağlamaq məcburiyyətində qalıb. Keçmiş aktyor amerikalı həyat yoldaşının ailəsinin evinə köçüb. 

Bir müddət işsiz qalan Tolqa Karel ötən həftə yeni işinə başlayıb və ilk səfəri ABŞ-ın Texas ştatına olub. O, aylıq 8 min dollar qazanacaq.