"TikTok" nə qədər qazanır?
    • 11-04-2024, 16:00
    • 337

"TikTok" nə qədər qazanır?

TikTok-un 2023-cü ildəki gəliri açıqlanıb.

News24.az xəbər verir ki, son zamanların ən çox danışılan sosial media platformalarından biri olan TikTok məzmun yaradıcılarına gəlir əldə etmək imkanı təqdim edir. Eyni zamanda platforma öz gəlirlərini də artırmağı bacarır. Beləliklə, ByteDance çətiri altında TikTok keçən il nə qədər gəlir əldə edib?

TikTok məzmun yaradıcılarına TikTok Creativity və TikTok Rewards proqramları, həmçinin canlı yayımlar zamanı tamaşaçılardan alınan hədiyyələr vasitəsilə gəlir əldə etmək imkanı təqdim edir. Platforma bu üsulla əldə edilən gəlirlərin bir hissəsini alır.

TikTok-un sahibi ByteDance keçən il sosial media tətbiqindən əldə etdiyi gəliri 60 faiz artırıb. Buna görə qazanc 40 milyard dollara yüksəlib. Bu rəqəm 2022-ci ildə 25 milyard dollar olub.

Günel Məlikzadə