TikTok bu ölkədə onlayn alış-veriş funksiyasını İŞƏ SALIR
    • 12-09-2023, 22:10
    • 167

TikTok bu ölkədə onlayn alış-veriş funksiyasını İŞƏ SALIR

TikTok aylarla davam edən sınaqlardan sonra tətbiqdə onlayn alış-veriş təklif edən "TikTok Shop" funksiyasını ABŞ-də istifadəyə verib.

News24.az xəbər verir ki, bu barədə TikTok açıqlama verib.

Açıqlamada 150 milyondan çox istifadəçisi olan ABŞ-də markalara, satıcılara və məzmun yaradıcılarına birbaşa satış imkanı veriləcəyi, istifadəçilərin isə canlı yayımlar və video məzmun vasitəsilə satış edə biləcəkləri bildirilib.

Qeyd olunub ki, “TikTok Shop” brendlərə və məzmun yaradıcılarına maraqlarına uyğun olaraq yüksək məşğulluq səviyyəsinə malik müştərilərlə əlaqə yaratmaq imkanı yaradır.

Xatırladaq ki, “TikTok Shop” Tayland, Vyetnam, Malayziya, Filippin, Sinqapur və İngiltərədə də istifadə olunur.

Günəş Mərd