Şahzadə Harri və Meqan Markldan yeni serial
    • 12-04-2024, 09:01
    • 262

Şahzadə Harri və Meqan Markldan yeni serial

Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl iki yeni Netflix şousu hazırlayırlar.

News24.az xəbər verir ki, Netflix tərəfindən edilən açıqlamada cütlüyün yemək bişirməyə və ABŞ polo çempionatına diqqət yetirəcək iki yeni Netflix serialı istehsal edəcəyi açıqlandı.

Birinci yeni serialda əsas diqqət yemək bişirmək, bağçılıq, əyləncə və dostluq olacaq.

İkinci serialda isə Floridada ABŞ Açıq Polo Çempionatını və polo sənayesinin sosial səhnəsini izləyəcək.

Netflix bildirib ki, hər iki serialın adları və buraxılış tarixləri "yaxın aylarda" açıqlanacaq.

Xatırladaq ki, cütlük daha əvvəl 2022-ci ildə Netflix-də yayımlanan "Harry & Meghan" adlı sənədli film çəkib.

Günel Məlikzadə