DƏHŞƏTLİ HADİSƏ: Ailəsini qətlə yetirdi
    • 12-04-2024, 12:14
    • 238

DƏHŞƏTLİ HADİSƏ: Ailəsini qətlə yetirdi

SOSİAL mediada "Ayoka" kimi tanınan Amerika astrologiya fenomeni Danielle Conson 29 yaşlı ərini bıçaqlayaraq öldürüb.

News24.az xəbər verir ki, ərini öldürdükdən sonra o, hər iki uşağını maşınla qaçırıb. Səyahət zamanı isə uşaqlarını maşından atıb.

Onun doqquz yaşlı qızı sağ qalarkən, səkkiz aylıq körpəsi ölü tapılıb.

Qadın bütün bunlardan sonra avtomobilini qəsdən yolun kənarındakı ağaca çırparaq intihar edib.

Günel Məlikzadə