-
- 8-03-2024, 19:30
- 477
Eyni anda ailənin 5 fərdini öldürdü..
Kanada polis rəsmisi Erik Stubbs paytaxt Ottavada baş verən qətllə bağlı açıqlama verib.
News24.az xəbər verir ki, Stubbs, 19 yaşlı Şri-Lankalı hücumçunun "kəskin silahla" 6 nəfəri öldürdüyünü və hücumun "Ottava tarixinin ən dəhşətli cinayəti" olduğunu bildirib.
Kanadada tələbə olduğu güman edilən təcavüzkarın tutulduğunu qeyd edən Stubbs, təcavüzkarın altı birinci dərəcəli qətl və adam öldürməyə cəhdlə ittiham edildiyini bildirib.
Polis rəsmisi bildirib ki, hücum edən 35 yaşlı Şri-Lankalı qadını və onun 2 aylıq körpəsi də daxil olmaqla 4 uşağını və hadisə zamanı evdə olan bir şəxsi də öldürüb.
BBC, hücum edənin qurbanlarla eyni evdə yaşadığını bildirib.
Kanadanın baş naziri Castin Trudeau məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada hadisənin "ağılasığmaz" olduğunu qeyd edərək, "Açığını deyim ki, bu dəhşətli zorakılığa ilk reaksiyamız şok və dəhşət oldu" dedi.
Günel Məlikzadə