Sevgilisini narahat edən kişini güllələdi
    • 12-04-2024, 12:32
    • 268

Sevgilisini narahat edən kişini güllələdi

İstanbulun Kağıthane şəhərində bir şəxs sevgilisini narahat edən kişiyə silahlı hücum edib.

News24.az xəbər verir ki, İbrahim D. adlı şəxs Ayaz E-nin sevgilisini narahat etməyə başlayıb.

Bunun üzərinə Ayaz E. ilə İbrahim D arasında düşmənçilik yaranıb.

Sevgilisini narahat etməyə davam edən İbrahim D.-yə Ayaz E. silahlı hücum edib.

Hücum zamanı İbrahim D. yaralanarkən, polis hadisə ilə bağlı araşdırma başladıb.

Günel Məlikzadə