-
- 12-04-2024, 22:30
- 234
9 gün adada qalan dənizçilər belə xilas oldular
ABŞ-da balıq tutmağa getdikləri Sakit Okeanda kimsəsiz bir adada qapalı qalan 3 dənizçi 9 gün sonra sahilə xurma yarpaqları ilə "kömək" yazaraq ABŞ Sahil Mühafizəsi tərəfindən xilas edilib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, martın 31-də Mikroneziyanın Pikelot adasında balıq tutmaq üçün Polovat adasından üzən dənizçilərin qayığının mühərriki zədələnib. Pikelot adasına çatmağı bacaran dənizçilər radiolarının batareyası bitdiyi üçün kömək çağıra bilməyiblər. Dənizçilər 31 hektarlıq adadan xurma yarpaqlarını toplayıb və sahilə “kömək” yazıb, xilas olunmağı gözləyiblər.
Dənizçilərin axtarışı onların qohumlarından birinin səlahiyyətli orqanlara zəng edərək Polovata qayıtmadıqlarını bildirdikdə başlayıb. Yaponiyanın Okinava şəhərindəki Kadena aviabazasından havaya qalxan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "P-8A" kəşfiyyat təyyarəsi çimərlikdə “kömək" işarəsini görüb. Təyyarə onların yerini xilasetmə mərkəzinə çatdırıb.
ABŞ Sahil Mühafizəsi komandası aprelin 9-da Pikelota çatıb və dənizçiləri xilas edib. Dənizçilərin səhhətlərinin yaxşı olduğu bildirilib.