Sakit okeanda Panama bayrağı altında üzən yük gəmisində yanğın başlayıb. 

Bu barədə ABŞ Sahil Mühafizəsi Xidməti məlumat yayıb. 
Hadisə Havay adalarından 3330 kilometr şimal-qərbdə qeydə alınıb. 
Gəminin 21 nəfərlik heyət üzvündən 4-ü sala keçib, qalan 17 nəfər isə yanğını söndürməyə çalışır. Hadisə yerinə ABŞ Sahil Mühafizə Xidmətinə məxsus bir təyyarə və yaxınlıqdakı yük gəmiləri göndərilir.
“Sincerity Ace” avtomobil daşıyan gəmisi Yaponiyadan Havay adalarına doğru hərəkət edirmiş.