Ticarət mərkəzində bıçaqlı hücum - VİDEO
    • 13-04-2024, 11:40
    • 395

Ticarət mərkəzində bıçaqlı hücum - VİDEO

Avstraliyanın yerli xəbər saytının məlumatına görə, Sidneydə ticarət mərkəzində bıçaqlı hücum olub.

News24.az xəbər verir ki, ilkin məlumata görə, 6 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, polis səlahiyyətliləri, çox sayda insanın bıçaqlandığı xəbəri ilə yerli vaxtla saat 16:00 radələrində ticarət mərkəzinə təcili yardım qruplarının çağırıldığını bildirib.

Qeyd edək ki, 9 aylıq körpə də daxil olmaqla bıçaq xəsarətləri alan 8 nəfərin xəstəxanaya aparıldığı açıqlanıb.

Günel Məlikzadə