-
- 30-04-2019, 19:22
- 1 130
Çingizlə "Eurovision 2019" səhnəsində kim olacaq? - FOTO - VİDEO
Azərbaycanı “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edəcək müğənni Çingiz Mustafayevin çıxışının detalları bəlli olub.
News24.az xəbər verir ki, təmsilçisimizin Tel-Əvivdə "Truth" mahnısını ifa edən zaman onu 5 bek-vokal müşayiət edəcək. Həmin 5 bek-vokalçı “Eurovision” müsabiqəsi üçün yad simalar deyil. Onlardan Pernille Leeloo Danimarkanın milli finalında "Dansk Melodi Grand Prix"də çıxış edib. Digər bek-vokalçı Sara Linnea 2012-ci ildə "Melodifestivalen" finalına qədər yüksəlib. Peter Simpson Cesar Sampson Avstriyanı “Eurovision” 2018-ci ildə təmsil edib. İfaçı və bəstəkar Patrik Jean və Cedrik Hammar isə həm də Çingiz Mustafayevin Tel-Əviv səhnəsinin düzəlməsinə kömək edəcəklər. Ona bu mahnını səhnələşdirməkdə, bu zəhərli eşq hekayəti olan "Truth"u bölüşməyə yardımçı olacaqlar: "Mən çox xoşbəxtəm ki, bu cür istedadlı və peşəkar insanlar Tel-Əvivdəki çıxışım üçün bizim komandaya qoşulublar. Bizim musiqi prodüserimiz İsa Məlikov və ifaçılıq müəllimi Aleks Panayi, eləcə də "Truth" mahnısının müəllifi Borislav Milanovla birlikdə biz bir çox ifaçılarının profilini nəzərdən keçirdik ki, bizim komandamıza qoşulacaq şəxsləri seçək. Biz əminik ki, komandamıza öz şəxsi toxunuşlarını gətirəcək və çıxışımızı daha rəngarəng edəcək səsləri seçdik. İlk məşqimiz çox əla keçdi. Bizim aramızda çox gözəl harmoniya var".
Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da "Eurovision 2019" mahnı müsabiqəsinin II yarımfinalında sonuncu, 18 nömrə altında çıxış edəcək.