Naxçıvanda avtomobil piyadanı vurub
    • 14-04-2024, 23:13
    • 186

Naxçıvanda avtomobil piyadanı vurub


Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Nağı Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin birləşməsində qeydə alınıb.

Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Babayeva Hədiyyəbanu Baba qızını vurub.

O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.