Kainat gözəlinin yalanı üzə çıxdı - FOTO
    • 15-04-2024, 15:54
    • 245

Kainat gözəlinin yalanı üzə çıxdı - FOTO

Səudiyyə Ərəbistanından olan model Rumi Əl-Qahtani bu il ilk dəfə "Miss & Mrs Global Asia" gözəllik yarışmasında ölkəsini təmsil edib.

News24.az xəbər verir ki, Səudiyyə Ərəbistanı tarixində ilk dəfə gözəllik yarışmasına qatılan Əl-Qahtani sosial şəbəkədəki paylaşımında “Malayziyada keçirilən “Miss Asia International 2024” müsabiqəsində iştirak etməkdən şərəf duyuram” sözlərini yazıb.

Müsabiqədə yer ala bilməyən model daha sonra sentyabrın 28-də Meksikada keçiriləcək Kainat gözəli"nə qatılacağını deyərək sözlərinə belə davam edib:

"Kainat gözəli 2024 yarışmasında iştirak etməkdən şərəf duyuram. Bu Səudiyyə Ərəbistanının ilk dəfə Kainat Gözəli Müsabiqəsində iştirak edəcəyi deməkdir”.

Lakin bu açıqlamadan qısa müddət sonra Miss Universe rəhbərliyi model Rumi Əl-Qahtaninin iddiasının doğru olmadığını açıqlayıb.

CNN International-da yer alan xəbərə görə, Səudiyyə Ərəbistanında müsabiqədə iştirak üçün heç bir seçim prosesinin aparılmadığı və bu kimi iddiaların çaşdırıcı olduğu bildirilib.

"Miss Rumy əl-Qahtani-nin niyə namizədliyini elan etdiyini bilmirik, lakin o, Səudiyyə Ərəbistanı müsabiqəsində iştirak etmək istəsə, bütün digər namizədlərlə eyni seçim prosesindən keçməli olacaq", - Miss Universe sözçüsü deyib.

Günel Məlikzadə