-
- 15-04-2024, 19:30
- 231
"Yaxın Şərqdə münaqişənin artmasının qarşısını almaq üçün hər şeyi edəcəyik"
İsrail və İran arasında davam edən gərginliklə bağlı ilk açıqlama Fransadan gəlib.
News24.az xəbər verir ki, Daxili işlər naziri Gerald Darmanin mövcud beynəlxalq vəziyyətdən narahatlığını əsas gətirərək, yerli hakimiyyət orqanlarına sinaqoqlar və yəhudi məktəbləri ətrafında təhlükəsizliyi artırmağı əmr edib.
Prezident Emmanuel Makron bildirib ki, Fransa Yaxın Şərqdə İsrail və İran arasında münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün əlindən gələni edəcək.
Bu gün BFM TV və RMC radiosuna danışan Makron, "Hamımız mümkün eskalasiyadan narahatıq" deyib. İranın İsrailin Dəməşqə hücumuna qeyri-mütənasib cavab verdiyini bildirib.
Netanyahu ilə danışacaqlarını deyən Makron, Fransanın bölgədəki digər ölkələrlə də təmasda olduğunu bildirib.
Fransa prezidenti hazırda hazırlanmaqda olan Paris Olimpiadası ilə bağlı da qiymət verib. Makron təhlükəsizlik təhlükəsi olacağı təqdirdə Olimpiadanın açılış mərasiminin Sena çayından milli stadiona köçürülə biləcəyini deyib.
Günel Məlikzadə