-
- 17-04-2024, 10:27
- 296
Gigi Hadid yeni imici ilə tamam fərqli insana çevrildi - FOTOlar
Moda həftələrinin axtarılan siması və son zamanların ən uğurlu modellərindən biri olan Gigi Hadid yeni kampaniyası ilə adından söz etdirib.
News24.az xəbər verir ki, Hadid daha əvvəl dəfələrlə birlikdə çalışdığı İtalyan moda nəhəngi Miu Miu üçün kamera qarşısına keçib.
Brendin Spring çanta kolleksiyasını təqdim edən model qısa kəsdirdiyi saçları ilə pozalar verib.
Usta fotoqraf Stiven Meyselin çəkdiyi kampaniyada 1930-cu illərin dəbi ilə günümüzün trendləri bir araya gəldi.
İngilis fotoqraf Yevondenin əsərlərindən ilhamlanan kampaniyada italyan sənətkarlığının əks olunduğu rəngli çantalar təqdim edilib.
Günel Məlikzadə