"Nikosayağı"nın qardaşından kövrək paylaşım - FOTO
    • 17-04-2024, 16:39
    • 295

"Nikosayağı"nın qardaşından kövrək paylaşım - FOTO

Hazırda həbsdə olan "Nikosayağı" kimi tanınan bloqer Nicatın qardaşı Nihat Mütəllimov qəzada ölən Ruslanla bağlı paylaşım edib.

News24.az Milli.Az-a istinadla bildirir ki, o, Ruslanın məzarından foto paylaşaraq "doğmam" sözünü yazıb.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Hadisə günü N. Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.