“Azərbaycan tamamilə öz suverenliyini bərpa etdi” - Politoloqdan AÇIQLAMA
    • 17-04-2024, 16:52
    • 211

“Azərbaycan tamamilə öz suverenliyini bərpa etdi” - Politoloqdan AÇIQLAMA

Azərbaycan ərazi bütövlüyünün bərpa olunmasında apardığı uzunmüddətli mübarizəyə rus sülhməramlı adı ilə Qarabağa yerləşmiş qoşunları da ərazidən çıxarmaqla son qoydu. 8 kəndi nəzərə almasaq, hansıki bu kəndlər də geri qaytarılacağı şübhə doğurmur, Azərbaycan tamamilə öz suverenliyini bərpa etdi. 

Bu sözləri News24.az-a açıqlamasında politoloq Azər Qasımov deyib. O bildirib ki, Rus ordusunun ərazidən çıxması Azərbaycanın Qərb yanında da imicini artırıb.

“ Qərb Azərbaycanın müstəqil siyasət yürüdən, ərazisində heç bir ölkənin və ya təşkilatın ordusu olmayan dövlət olduğu gerçəyini qəbul edəcək. Bununla da Azərbaycanın guya Rusiya ilə birlikdə hərəkət edir tezisi iflasa uğradı, yəni Azərbaycan heç kimin nəzarətində olmadığını isbat etdi. 

Qərb bundan sonra Azərbaycana olan təzyiqlərini böyük ölçüdə dayandıracaq. Tezliklə Ermənistanla sülh müqaviləsi imzalanması da baş tuta bilər. Artıq spekulyasiyalara yer yoxdur. Azərbaycan öz gücünü göstərdi. 

Rusiyanın bu addımı atacağına şübhələr olsa da, bu, baş verdi. Rusiya bununla həm Azərbaycandan ona zərbə gəlməyəcəyi mesajını verdi, həm də özünə müsbət imic qazandı. Amma Rusiya bunu Azərbaycanın artan gücü qarşısında Azərbaycanla dost qalmaq üçün də etdi”.

Mehriban Mirzəzadə