-
- 25-09-2023, 16:47
- 324
Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin edib - İlham Əliyev
Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, - Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla, - beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik.
News24.az AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
“İyirmi dörd saat ərzində, ondan da az həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistan ordusu - Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir”, - deyə dövlətimizin başçısı bildirib.