Məşhur "TikTok" fenomeni evlilik təklifi aldı
    • 18-04-2024, 19:30
    • 176

Məşhur "TikTok" fenomeni evlilik təklifi aldı

Məşhur TikTok fenomeni Mükremin Gezgin sevgilisindən evlilik təklifi alıb.

News24.az xəbər verir ki, TikTok fenomeni Mükremin Gezgin bir müddət əvvəl sosial media hesablarında hərbi xidmətə çağırıldığını bildirdiyi videosu ilə gündəmə gəlib. Haqqında həbs qərarı çıxarılan fenomenə evlilik təklifi gəlib. Sevgilisinin evlilik təklifi etdiyi anları paylaşan Gezgin videoya "həyat yoldaşım" qeydini yazıb.

Mükremin 11 aydır münasibətdə olduğunu bildirib; "İnsan hər şeyi sosial şəbəkədə paylaşmalı deyil. Mən də daim diqqət mərkəzində olduğum üçün 11 aydır sevgilimi göstərmirdim". 

Günel Məlikzadə