Beyrutda canlı yayım zamanı partlayış baş verdi – VİDEO

Beyrutda canlı yayım zamanı partlayış baş verdi – VİDEO Dünya

Türkiyənin "Haber Global" telekanalının canlı yayımı zamanı Livanın paytaxtı Beyrutda güclü partlayışlar qeydə alınıb.

News24.az xəbər verir ki, telekanal şəhərdəki son vəziyyət barədə reportaj hazırlayan zaman kameralar Beyrutun müxtəlif bölgələrində baş verən partlayışları qeydə alıb.

Kadrlarda, xüsusilə, şəhərin cənub rayonları üzərində qalxan sıx tüstü buludları aydın görünür. Görüntülərdə partlayışların ardıcıl şəkildə baş verdiyi müşahidə olunur.

Partlayışların səbəbi və mümkün itkilər barədə hələlik rəsmi məlumat açıqlanmayıb. (Oxu.az)