"German" Hospitalda körpəsini götürməyə gələn kişi onun ÖLÜSÜ İLƏ QARŞILAŞDI - VİDEO
    • 1-05-2019, 17:26
    • 1 287

"German" Hospitalda körpəsini götürməyə gələn kişi onun ÖLÜSÜ İLƏ QARŞILAŞDI - VİDEO

Bakıda özəl xəstəxanada ötən həftə yeni doğulmuş körpə ölüb.

News24.az Minval.info-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51-də yerləşən “German” Hospitalda baş verib.

1986-cı il təvəllüdlü Cəfərova Samirə Hüseynağa qızı aprelin 23-də doğuş üçün adıçəkilən hospitala yerləşdirilib və qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Aprelin 26-da isə uşaq hospitalda dünyasını dəyişib.

Ölən körpənin valideynləri və qohumları hadisəyə görə xəstəxananın həkimlərini günühlandırır. Onlar övladlarını doğumdan 3 gün sonra “German” Hospitaldan götürməyə gəlsələr də, tibb işçiləri uşağın keçindiyini bildirib.

Faktla bağlı araşdırmanın aparıldığı bildirilir.