-
- 19-04-2024, 14:34
- 354
“Uşaq niyə məktəbə gəlir?!” - Deputat
"Şagird məktəbə dərs öyrənmək üçün gəlir. Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?! Vaxtilə çar Aleksandr manifest qəbul etdi və insanları evindən dartıb məktəbə gətirirdi. İndi isə istəyirlər ki, insanlar məktəbə gəlməyib evdə otursunlar".
News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib.
"Məktəbəqədər təhsil müəssisələrinin sayı Bakıda 25 %-dir, əgər orada olan uşaqların 10-15 %-i müsahibədən keçmirsə, harada təhsil almalıdır?! Hindistanda İndira Qandinin vaxtına qədər belə qayda var idi ki, ancaq varlı uşaqlar təhsil ala bilir. Sonradan bu məsələni bir az yüngülləşdirib kasıb uşaqların da bu siyahıda olmasına razılıq verdilər.
Bu gün valideyn övladını yaşadığı əraziyə yaxın məktəbə qoymaq istəyir, müsahibə əsnasında böyük ansambl sıraya düzülür. Guya uşağın biliyini yoxlayır. Bu, hansı qanunvericilikdə nəzərdə tutulub?! Oxumaq istəyən bütün şəxslər üçün şərait yaradılmalıdır. Onları məktəbdən qovmaq əvəzinə, oxumağa sövq edək. Hərə özündən bir qayda qəbul edib uşaqların oxumasına maneə törətməsin. Hər bir dövlət məmuru qanunvericiliyin tələbini yerinə yetirməlidir. Ölkədə 9 illik təhsil icbaridir".