Məktəbə əl qumbarası atıldı - 2 şagird öldü
    • 31-03-2023, 12:41
    • 184

Məktəbə əl qumbarası atıldı - 2 şagird öldü

Əfqanıstanın Cüzcan vilayətinin Kuştəpə rayonunda məktəbə əl qumbarası atılıb.

News24.az xəbər verir ki, qumbaranın partlaması nəticəsində iki şagird ölüb, dörd şagird yaralanıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, hücum qızların təhsil aldığı ibtidai məktəbə təşkil edilib.

Hələki heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Qumral Əliyeva