Həmas lideri İstanbula gedir
    • 19-04-2024, 15:26
    • 286

Həmas lideri İstanbula gedir

İsraillə İran arasında gərginlik davam edərkən, İsrail Qəzzaya hücumlarını davam etdirir.

News24.az xəbər verir ki, Qəzzada atəşkəs axtarışları hələlik heç bir nəticə verməyib.

Bu mözuda Türkiyə diplomatik səylərini davam etdirir. Türkiyənin həftə sonu iki önəmli qonağı var.

Misirin xarici işlər naziri Sami Şükri və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Türkiyədə olacaq.

Həmas lideri İsmayıl Haniyə sabah prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Qeyd edək ki, prezident Tayyib Ərdoğan, “Fələstin davasının lideri həftə sonu qonağım olacaq. Birlikdə çox şey danışacağıq” deyib.

Günel Məlikzadə