HƏMAS liderindən çağırış:
    • 27-10-2023, 18:52
    • 278

HƏMAS liderindən çağırış: "Vəziyyət nəzarətdən çıxmadan..."

“Qəzzada müqavimət davam edir. Ərəb və İslam ölkələrinin xalqlarını və dünyanın azad insanlarını bu müqaviməti və inqilabı pul və silahla dəstəkləməyə çağırıram”.

News24.az xəbər verir ki, bunu Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə deyib.

Haniyə Qəzza zolağına hücumun davam etməsinin bütün bölgəni nəzarətdən çıxaracağını bildirib.

HƏMAS lideri həmçinin Qəzza ilə sərhəddə keçid məntəqələrini açmağa və lazım olan hər şeyi məhdudiyyət və şərtlər olmadan göndərməyə çağırıb. O, xüsusilə, elektrik və su təchizatının bərpasını qeyd edib

Ayşən