Bakıda bank kartından oğurluq edənlər tutuldu
    • 19-04-2024, 16:43
    • 289

Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, bir şəxsin bank kartından 478 manatı oğurlanıb.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən P.Əliyev, A.Əli və Z.Əliyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.