Bakı sakininin bank kartından oğurluq edildi
    • 7-06-2023, 10:17
    • 264

Bakı sakininin bank kartından oğurluq edildi

Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 470 manatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Səfərəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.