-
- 1-05-2019, 19:40
- 828
Ailə dəyərlərinə daim hörmətlə yanaşmanın aşılanması məqsədilə tədbir keçirilib
2019-cu il üçün fəaliyyət planına əsasən Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gənclər arasında vətənpərvərlik, milli-mənəvi və ailə dəyərlərinə hörmət hisslərinin aşılanması məqsədilə tədbir keçirilib.
News24.az xəbər verir ki, tədbirdə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Təlim və Tədris Mərkəzinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni səsləndirilib.
Tədbirdə polkovnik-leytenant Elvin Əzizov çıxış edərək bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq respublikamızda ailə, qadın və uşaq problemləri ilə bağlı bir çox uğurlu addımlar atılır, çoxlu sayda sosial layihələr icra olunur.
Tədbirdə xüsusi qeyd edilib ki, ailələrin sağlam təməllər üzərində qurulması, ailə münasibətlərinin qorunması, mənəviyyatımızın vacib amili olan ailə dəyərlərinə daim hörmətlə yanaşmanın aşılanması, qadınların ölkəmizin ictimai həyatında fəal iştirak etməsi və uşaqların xoşbəxt gələcəyinin təmin edilməsi sahəsində ölkəmizdə mühüm tədbirlər həyata keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Qloballaşmanın ailə institutuna təsiri: Azərbaycanda dövlət ailə siyasəti” mövzusunda çıxış edərək qeyd edib ki, malik olduğumuz milli-mənəvi dəyərlərin kökündə ilk növbədə ailə dayanır. “Bu gün dünyada baş verən hadisələr, qlobal internet, sosial şəbəkələr və bir çox başqa amillər bizim milli-mənəvi dəyərlərimizə daha çox diqqət yetirməyimizi tələb edir.”
Mayor Ramin Məşədiyev, dövlət qulluqçusu Zümrüd Səmədova və AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə də çıxış edərək ailə dəyərlərinin müqəddəsliyindən, bu dəyərlərin qorunmasına daima hörmətlə yanaşmanın gələcəyimiz üçün rolu və əhəmiyyətindən danışıblar.
Sonda kursantlar da məsələ ilə bağlı fikir və mülahizələrini bölüşüblər.