-
- 2-05-2019, 11:48
- 1 737
Ermənistanda maye qaz bahalaşıb
Ermənistanda maye qazın qiyməti bahalaşıb.
News24.az Report-a istinadən xəbər verir ki, bunu “Jamanak” qəzeti yazıb.
“Hökumətin zəmanət verməsinə baxmayaraq, ölkədə maye qazın qiyməti ən azı 10 faiz bahalaşıb. Bunun səbəbi bu il mayın 1-dən yanacağın kubmetrlə deyil, kiloqramla satılmağa başlanmasıdır. Satışın ölçü vahidi dəyişməklə əlavə dəyər vergisi də artıb”, - qəzet vurğulayıb.
Hazırda Ermənistanda maye qazın bir kiloqramı 300 drama (60 sent-red.) satılır. Əvvəllər bu məbləğə 220 kubmetr maye qaz almaq olurdu. Bir kub metr maye qaz 720 qramdır.
Qeyd edək ki, bu barədə hələ iki ay əvvəl məlumat yayılmışdı.